Noyabrın 29-da İsveçrədə minarələrin tikintisini qadağan edilməsinə münasibət bildirmək üçün referendum keçirilir. Məlumatı «İnterfaks» yayıb. Məscidlərdə müsəlmanları ibadətə səsləyən minarələrin tikintisinin qadağın edilməsi təşəbbüsünü ultrasağçı Xalq Partiyası irəli sürüb. Bu partiya İsveçrə parlamentinin fraksiyalrının birində üstünlük təşkil edir.
İdeyanın təşəbbüsçüləri hesab edirlər ki, minarələr şəriətin simvoludur və bu da İsveçrə demokratiyası ilə biraraya sığmır.
Hökumət ölkədəki müsəlman icmasının narazılığından və müsəlman ölkələri ilə münasibətlərin korlanacağından ehtiyat edərək xalqı referendumda çıxarılan məsələyə «yox» deməyə çağırıb.
Sorğular göstərir ki, cəmiyyətdə minarələrin tikintisinin dayandırılması tərəfdarları və əleyhdarları təxminən eynidir.
İsveçrədə təxminən 400 min müsəlman yaşayır və İslam bu ölkədə xristianlıqdan sonra ikinci geniş yayılmış dindir. Ölkədə minarəsi olan cəmi 4 məscid var.
Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty International hesab edir ki, minarələrə qadağa İsveçrənin üzərinə götürdüyü beynəlxalq öhdəliklərin pozulmasıdır.