ABŞ rəsmisi İraq liderlərini razılığa gəlməyə çağırıb

Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden İraq liderlərini seki qanunu ilə bağlı fikir ayrılıqlarını yoluna qoymağa çağırıb.

İraq parlamenti noyabrın əvvəllərində seçki haqqında yeni qanun qəbul etsə də ölkənin vitse-prezidenti Tarik al Haşemi ona veto qoydu.

Parlament indi düzəliş edilmiş yeni variantı prezident şurasına göndərib.

Qanunun qəbul edilməməsi gələn ilin yanvarında İraqda keçiriləcək parlament seçkilərini sual altında qoyub.