Rusiya Avropanın təhlükəsizliyi ilə bağlı layihə təklif edib

Rusiya prezidenti Dimitri Medvedev xarici ölkə rəhbərləri və beynəlxalq təşkilatlara Avropanın təhlükəsizliyi ilə bağlı layihə göndərib.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə sənəddə təhlükəsizlik sahəsində vahid məkan yaradılması nəzərdə tutulur.

Sənədə görə yeni müqavilənin iştirakçısı, digər iştirakçıya edilən hücuma,onun özünə edilmiş hücum kimi baxa bilər.