Vatikan: Minarələrə qadağa dini azadlığa zərbədir

İsveçrədə minarələrə qadağa qoyulması din azadlığına zərbədir.

Bu barədə Roma papasının idarə etdiyi Vatikan dövləti bildirib. (Frans-press)

Vatikan məsələ ilə bağlı isveçrəli yepiskopların narahatlığını bölüşür.

Ötən həftənin axırı İsveçrədə keçirilən referendumda çoxluq məscid minarələrinə qadağa qoyulmasını dəstəkləyib.