Keçmiş solçu partisan Xose Muyika Uruqvayda prezident seçkilərində qalib gəlib.
İkinci turun nəticələrinə görə (səslərin sayılması demək olar ki qurtarıb) o, 53,2 faiz səs toplayıb. Onun rəqibi mühafizəkar keçmiş prezident Luis Alberto Lakalle Miyukanı təbrik edərək “O bütün uruqvaylıların prezidentidir. Biz onu qəbul edirik” deyib.
Miyuka 15 il həbsdə yatıb. Onun 74 yaşı var, senatordur. Onun namizədliyini hakim koalisiya irəli sürmüşdü.
Bundan əvvəlki prezident Tabare Vaskezin xalq arasında böyük dəstəyi olsa da, Konstitusiya ona iki dəfə dalbadal prezident seçilmək imkanı vermirdi.