Barak Obama Əfqanıstana daha 30 min Amerika hərbçisi göndərmək planını elan edəcək

Prezident Barak Obamanın ABŞ-ın Əfqanıstanda yeni strategiyasının tərkib hissəsi olaraq bu ölkəyə daha 30 min Amerika hərbçisi göndərmək planını elan edəcəyi gözlənilir.

Obama yeni planını bu gün Nyu-Yorkda Vest Poynt hərbi akademiyasında edəcəyi çıxışında açıqlayacaq. Bununla da ABŞ-ın Əfqanıstandakı qoşunlarının sayı 100 minə çatacaq.

Obamanın çıxışında Əfqanıstanda təhlükəsizliyə görə məsuliyyəti yerli ordu və polis qüvvələrinə təhvil vermək üçün onların təliminin əhəmiyyətini xüsusi vurğulayacağı bildirilir.