Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılandan bu günə kimi artıq 350 adda müdafiə təyinatlı məhsul istehsal edir. Müdafiə sənayesi naziri Yavər Camalov APA-ya belə deyib. Nazir qeyd edib ki, Bu, nazirlik yarananadək istehsal edilən müdafiə təyinatlı məhsullardan təqribən 40 dəfə çoxdur. Y.Camalov demişdir ki, cari ilin əvvəlindən bu günədək nazirliyin müəssisələrində ötən illə müqayisədə 4 dəfə çox silah-sursat və hərbi texnika istehsal edilib.