ABŞ Əfqanıstana əlavə 30 min qoşun göndərir

Amerika Əfqanıstana əlavə 30 min qoşun göndərməyə qərar verib. Qoşunların yerləşdirilməsi bu aydan başlayacaq və yaya kimi başa çatacaq. Bu barədə dekabrın 1-də ABŞ prezidenti Barak Obama bəyan edib.

Bununla da Əfqanıstanda olan ABŞ hərbçilərinin sayı təxminən 100 min nəfər olacaq.

ABŞ prezidenti bildirib ki, Taliban və Əl-Qaidəyə qarşı aparılan mübarizə uğurlu olacağı təqdirdə Amerika qoşunlarının çıxarılması 2011-ci ilin iyulundan başlaya bilər.

Bu arada Obama müttəfiqlərini də Əfqanıstanda hərbçilərinin sayını artırmağa çağırıb.