İran yaxtaçıları azad edib

İran hökuməti həbs olunan 5 britaniyalı yaxtaçını azad edib. Onlar noyabrın 25-də İran sularında həbs olunmuşdu.

Britaniyanın XİN-yi yaxtaçıların sərbəst buraxıldığını təsdiqləyib və bildirib ki, onların qayığı beynəlxalq sulara çəkilib.

Dekabrın 1-də Britaniyanın XİN Devid Milibənd iranlı həmkarı Manuçöhr Mottaki ilə telefonla danışıb və tutulan şəxsləri azad etməyə çağırıb.

Birtaniya hökuməti yaxtaçıların Dubaydan Bəhreynə gedərkən İran sularına səhvən keçdiklərini bildirib.