«Azerfon» abunəçiləri 3G xidmətlərindən istifadə etmək üçün yeni SİM-kartlar almalı olacaq. «Azerfon» şirkətinin baş direktoru Gido Helbix mətbuat konfransında belə deyib.
O, bildirib ki, yaxın günlərdə şirkət ilk 3G xidmətlərinin göstərilməsinə start verəcək: «Xidmətlər ilk bir neçə həftə ərzində test rejimində işləyəcək. Bu ilin sonundan isə Bakı, Abşeron və Naxçıvanda 3G xidmətlərindən istifadə etmək mümkün olacaq. Növbəti illərdə digər regionlarda da bu xidmətlər tətbiq ediləcək».
Baş direktor qeyd edib ki, «Azerfon» şirkəti 3G texnologiyasının tətbiqi layihəsinin həyata keçirilməsinə 20 mln. dollara qədər investisiya qoyub: «Xidmətlərin tarifləri ümumi standartlarla yox, abunəçilərin gözləntilərinə uyğun müəyyənləşdiriləcək. Xidmətlərdən istifadə etmək üçün yeni SİM-kartların alınması tələb olunacaq».
3G xidmətləri 1.2 Ghz diapazonunda olan tezliklərdə göstəriləcək. Xidmətlərin tətbiqinə başlandıqdan sonra istifadəçilər səs ötürülməsi ilə yanaşı, video görüntü, yüksək sürətli mobil internet və məlumat ötürülməsi, e-poçt, mobil televiziya və s. xidmətlərdən yararlana biləcəklər.
«Azerfon» şirkəti kommersiya fəaliyyətinə 2007-ci ildən başlayıb. «Azerfon» şəbəkəsi Azərbaycan ərazisinin 80%-ni əhatə edir və 1,5 mln. abunəçiyə xidmət göstərir. Bu ildən etibarən «Azerfon» və «Vodafone PLC» şirkətinin qeyri-səhmdar tərəfdaşıdır.