Bakıda məktəbdə yanğın olub

Bakıda orta məktəb binasında yanğın olub. Bu barədə «APA»ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.

Yanğın bu gün saat 11.00 radələrində Xətai rayonu, «NZS» qəsəbəsində yerləşən 165 saylı orta məktəbin damında başlayıb. Şagirdlər dərhal evakuasiya olunub. Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib, həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı tam alınıb.

İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.