Moskva ilə Roma 20-ə yaxın razılaşma imzalayıb

Rusiya prezidenti Dimitri Medvedevlə İtaliyanın baş naziri Silvio Berluskoni bu gün Romada İqtisadiyyat, mədəniyyət və turizm sahələrində əməkdaşlıqla bağlı 20-ə yaxın razılaşma imzalayıblar.

Həmçinin “ Qazprom”- la İtaliyanın “ Eni “ şirkəti “ Cənub Axını “ adlanan qaz kəmərinin tikintisində əməkdaşlıqla bağlı memorandum imzalayıblar.

Medvedevlə Berluskoni İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət də daxil olmaqla bir sıra beynəlxalq məsələləri də müzakirə ediblər.