Avropa Birliyinin yeni prezidenti şair imiş

Ola bilsin ki, Avropa Birliyinin yeni prezidenti Herman Van Rompuyu çox ölkələrdə siyasətçi kimi tanıyırlar, amma Yaponiyada o başqa bir özəlliyinə görə populyardır.

Belçikanın sakit təbiətli baş naziri hayku (əvvəlki adı hokku) yazmaq həvəskarldlr. Hayku on yeddi hecalıq, üç misralıq yapon şeir formasıdır.

“Biz fəxr edirik ki, Avropa Birliyinin ilk prezidenti haykunu sevir” – deyə Beynəlxalq Hayku Assosiasiyasının təmsilçisi Kaoru Fucimoto bildirib. “Yapon mədəniyyətinin bir hissəsi olan haykunun belə uzaq diyarlara yayılması çox sevindiricidir”

62 yaşlı Rompuy çox hayku yazsa da, saç haqda yazdığı bir hayku ilə daha çox tanınır.

Əsir külək, gur saçlar dalğalanır...
İllər ötür, külək yenə də əsir...
Amma dalğalanmağa daha saç nə gəzir.

(sətri tərcümə)

Təxmini hesabalamalara görə dünyada 2 milyon nəfər hayku yazır.