Salyanda ölümlə nəticələnən yol qəzası baş verib

Salyan rayonu ərazisində ağır yol qəzası baş verib.

Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə,“BMW” markalı avtomobil Salyan-Bakı yolunun 45-ci kilometrliyində yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə maşını idarə edən 38 yaşlı Aidə Zeynalova ilə həyat yoldaşı 44 yaşlı İlham Zeynalov hadisə yerində keçinib.

Övladları 10 və 9 yaşlı Aynurə və Lalə Zeynalovalar, avtomobildə olan digər sərnişin, 49 yaşlı Asiyə Əliyeva isə ağır xəsarət alıblar.