ABŞ NATO ölkələrinin dəstəyini alqışlayıb

Birləşmiş Ştatlar NATO-dakı mütəfiqlərinin Əfqanıstana əlavə 7 min qüvvə göndərmək qərarını alqışlayıb.

NATO-nun Brüsseldə keçirilən iclasında 25 ölkə Əfqanıstana əlavə güvvə göndərəcəklərini vəd ediblər.

Təşkilatın baş katibi Andres Forq Rasmussen iclasdan sonra deyib ki, bu qüvvələr Əfqanıstana 2010-cu ildə göndəriləcək.

Beləliklə Əfqanıstandakı qüvvələrin sayı 140 mindən çox olacaq.