Permdə ölənlərin sayı 103-ə çatıb

Rusiyanın Perm şəhərindəki klubda baş vermiş yanğında 103 nəfər ölüb, 142 adamsa xəsarət alıb.

Klubun sahibi Anatoliy Zak həbs olunub.

O yanğın-təhlükəsizlik qaydalarını pozmaqda şübhəli bilinir.

Dünən axşam gecə klubunda atəşfəşanlıq olub və bu vaxt Pirotexnika partlayıb, nəticədə yanğın baş verib.

Kulubda 250 adam olub.

Müstəntiqlər terror versiyasını istisna edirlər.