Permdə ölənlərin sayı 109-a çatıb

Rusiyanın Perm şəhərindəki klubda baş vermiş yanğında ölənlərin sayı 109 nəfərə çatıb.

İstintaq komitəsinin rəsmisi Vladimir Markinin sözlərinə görə onlardan 98-i hadisə yerində, 11-i isə xəstəxanada keçinib.

130-dan çox adam isə xəsarət alıb.

Dekabrın 7-i Rusiyada matəm günü elan olunub.

Dünən axşam gecə klubunda atəşfəşanlıq olub və bu vaxt Pirotexnika partlayıb, nəticədə yanğın baş verib.
Kulubda 250 adam olub.

Müstəntiqlər terror versiyasını istisna edirlər.