Lujkov kütləvi tədbirlərdə atəşfəşanlığı qadağan edir

Moskva meri Yuri Lujkov Perimdə baş vermiş faciədən sonra kütləvi tədbirlərdə atəşfəşanlığı qadağan edəcək.

Lujkov bildirib ki, bunun üçün Moskvada xüsusi nəzarət tətbiq ediləcək.

O həmçinin digər regionları bu cür tədbirlər görməyə çağırıb.

Son məlumata görə Perimdəki kulublardan birində baş vermiş yanğın nəticəsində 104 adam ölüb.

Bundan əvvəlki məlumatda ölənlərin 109 nəfər olduğu bildirilirdi.