Hindistanın baş naziri Moskvaya gəlir

Hindistanın baş naziri Manmohan Sing bu gün Rusiyaya rəsmi səfərə başlayır.

Onun Rusiya prezidenti Dimitri Medevedev, baş nazir Vladimir Putin və işgüzar dairələrin nümayəndələri ilə görüşəcəyi gözlənilir.

Danışıqlar zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələsi müzakirə olunacaq.

Hindistanın baş naziri Manmohan Sinq bu günlərdə Vaşinqtonda ABŞ prezidenti Barak Obamayla da görüşüb.