İran xarici müxbirlərin işini məhdudlaşdırır

İranın hakim dairələri xarici müxbirlərin dekabrın 7-9 arası ölkə paytaxtı Tehranda fəaliyyətinə qadağa qoyub.

Bundan başqa həmin günlərdə Tehrandakı bir sıra internet-provayderlər və mobil rabitə operatorları söndürüləcək.

Müşahidəçilər bunun dekabrın 7-də qeyd olunan Tələbə Günü ilə bağlı olduğunu deyirlər.

Həmin gün müxalifətin kütləvi aksiyalar keçirəcəyi gözlənilir.