Əfqanıstanda 17 yaraqlı öldürülüb

ABŞ və Əfqanıstan ordusunun Əfqanıstanın şərqində apardıqları birgə əməliyyat zamanı 17 yaraqlı öldürülüb.

Həmçinin döyüşlərdə 1 Amerika əsgəri həlak olub.

Bu il Əfqanıstanda 490 koalisiya əsgəri həlak olub.

Onlardan 300-ü amerikalıdır.