Nazirlə baş redaktor arasında məhkəmə bu gün davam edəcək

Bu gün Yasamal rayon məhkəməsində daxili işlər naziri Ramil Usubovun “Femida-007” qəzetinin baş redaktoru Əyyub Kərimova qarşı xüsusi ittiham qaydasında irəli sürdüyü iddiayla bağlı məhkəmə prosesi davam edəcək. Bu günkü prosesdə Əyyub Kərimov çıxış edəcək. Proses saat 4-də başlayacaq.

Daxili işlər naziri iddia edir ki, Əyyub Kərimov “Azadlıq” qəzetində yazdığı məqalələrdə polisin şərəf və ləyaqətini alçaldan fikirlər səsləndirib, ona isə böhtan atıb. Əyyub Kərimov isə iddianı qəbul eləmir.