"Sberbank"ın gəliri 89 faiz azalıb

Rusiyanın ən böyük bankı olan “Sberbank” bildirib ki, bu ilin 9 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə xalis gəliri 89 faiz azalıb.

Qlobal böhran Rusiya banklarına böyük ziyan vurub. Bir çox xarici investorlar öz pullarını Rusiyadan çıxarıblar.