Azərbaycanda səfərdə olan Avropa Şurasının nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüb.
MSK-dan verilən məlumata görə, AŞ-ın Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidəçilərindən ibarət nümayəndə heyəti dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı görülən işlərlə maraqlanıblar.
MSK rəhbərliyi AŞ-nın nümayəndələrinə bildirib ki, indiyə kimi 20 minə yaxın müşahidəçi akkreditə olunub.
Nümayəndə heyəti isə deyib ki, seçkilərin demokratik şəraitdə keçiriləcəyini gözləyirlər.