«Bir kəllə qənd və molla»

«Yeni Müsavat»: Qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı hər il artır

Ötən il ölkədə 18421 uşaq qeyri-rəsmi nikahdan doğulub. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, onlardan 290 uşaq 17 yaşadək olan qadınlardan doğulub.

«Şərq»: Əfv Komissiyasının iclasları başlayıb

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı ərəfəsində növbəti əfv fərmanı imzalana bilər.

«525-ci qəzet»: Hidayət Orucov: «Bundan sonra dini kitablar ancaq ixtisaslaşmış mağazalarda satılacaq»

«Bəzi dini icmalar xeyriyyə tədbirləri adı altında özlərinin çirkin məqsədlərini həyata keçirmək istəyirlər».

«Bizim Yol»: «Millətə yenə otur-dur deyəcəyəm»

Nemət Pənahlı: «Bu gün Heydər Əliyevin davamçısı olaraq millət İlham Əliyevdən torpağın işğaldan azad olunmasını gözləyir».

«Azadlıq»: General dadaş Rzayevdən şok açıqlama

İlk hərbi andda qəbul edilmiş «Silahımı heç vaxt Azərbaycan xalqına çevirməyəcəyəm» cümləsi sonradan mətindən çıxarılıb.

«Bakı Xəbər»: Ünvanlı sosial yardımların verilməsində yaranan fasilə davam edə bilər

«Əmək və əhalinin sosial müdafiəsi nazirliyi bunun sırf texniki problemlərlə bağlı olduğunu deyir».

«Azərbaycan»: Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri

Azərbaycan Prezidenti İlham Əliyevin GDF Suez Şirkətinin vitse-prezidenti və baş əməliyyatçı direktoru Jan-Fransua Sirelli ilə görüşüb.

«Yeni Azərbaycan»: Piratçılığa qarşı yeni mübarizə

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov: «Piratçılığa qarşı qanun layihəsi bütün əlaqədar qurumlarla artıq razılaşdırılıb».