Romanı türk yazıçısının özünü də "şaşırtdı"

“Eşq” romanı ilə Türkiyədə ən çox satılan kitablar arasında aylarca birinci olan yazıçı Elif Şəfəq etiraf edib ki, əsərinin belə böyük uğur qazanacağını özü də gözləmirmiş. (CNN Türk)

Kitab Mövlanə Cəlaləddin Rumi ilə Şəms Təbrizi arasında münasibətlərdən bəhs edir.

Müəllif Konyada oxucuları ilə görüşündən çox razı qaldığını, onlardan roman haqda xoş sözlər eşitdiyini deyib.

O bildirib ki, kiminsə Mövlanə və Şəmsi tam anlatması mümkün deyil. “Mən onu bir romançının gözüylə anlatmağa çalışdım”.

Elif Şəfəq sufizmlə 16 ildir maraqlandığını, bununla bağlı çox mütaliə etdiyini deyib.

“Əslində Mövlanə və Şəms bir-birilərini tamamlayır, ət və dırnaq kimidirlər. Amma həm də atəş və su qədər bir-birilərindən fərqlidirlər”.