Fransa: İrana qarşı yeni sanksiyaları nəzərdən keçirməyin vaxtıdır

Fransanın BMT-dəki elçisi Gerard Araud deyib ki, əgər İran nüvə proqramıyla bağlı şəffaflığa riayət etməmək siyasətindən əl çəkmirsə, onda ona qarşı yeni sanksiyaları nəzərdən keçirməyin vaxtıdır.

Elçi BMT-nin Təhlükəsizlik Şurasındakı çıxışında bildirib ki, “daha gözləmək üçün bir əsas yoxdur”.

Qərb ölkələri İranın gizli şəkildə atom bombası düzəltməsindən şübhələnirlər. İran isə öz nüvə proqramının dinc xarakterli olduğunu deyir.