10 dekabr Beynəlxalq İnsan Haqları Günüdür. Biz Bakı sakinlərindən hansı haqlarının qorunduğunu yox, hansı hüquqlarının pozulduğunu soruşduq:
- Azərbaycanda hansı haqlarınız pozulur?
Fateh Mirzəyev, 67 yaş, pensiyaçı:
- Yaşamaq hüququm, sağlamlıq hüququm pozulur. Pensiyam dərmanları almağa yetmir. Bütün dünyada pensiyaçılar tibb xidmətlərindən güzəştli qaydada istifadə edir. Bizdə niyə bu yoxdur? Axı Konstitusiyada yazılıb ki, dövlət bizim sağlamlıq hüququmuzu təmin edir.
Kamil Əliyev, 19 yaş, tələbə:
- Tələbələrin hüquqları pozulur. Polislər haqlarımızı pozur. Ən çox ali məktəbdə müəllimlər haqqımızı pozur.
Fikrət Mehdiyev, 66 yaş, neftçi:
- Qərar çıxarıblar, 62 yaşdan yuxarı hamını işdən qovurlar. 50 il işləmişəm. İndi Neft Şirkətindən məni işdən çıxarıblar, qalmışam işsiz, pulsuz. 122 manat idi, indi 130 manat pensiya alıram. Yoldaşım 38 il müəllimə işləyib. 75 manat da o pensiya alır. Axı 2 ali savadlı adam niyə acından ölməlidir? Bizim hansı hüququmuz qorunur ki?
Sənan İbrahimov, 27 yaş, işsiz:
- Mən bu barədə danışmaq istəmirəm. Hüquqlarım demək olar pozulmur. Hakimiyyət heç zaman bizim hüquqlarımızın pozulmasına imkan verməz.
Aydın Abbasov, 74 yaş, pensiyaçı:
- 40 il dövlət televiziyasında çalışmışam. İndi pensiyaçıyam. Uşaqların dəstəyi olmasa, yaşaya bilmirəm. Bu elə yaşamaq hüququnun pozulmasıdır da. Səhiyyədən danışmalı deyil. Evə təcili yardım çağırırsan, sürücüyə ayrı, həkimə, tibb bacısına ayrı pul vermək gərəkdir. Belə ölkə olar? Burda insan haqqı anlayışı yoxdur.
Gülgəz Məmmədova, 41 yaş, süpürgəçi:
- Mənim yaşamaq haqqım pozulub. Hər gün gəlib məni yaşadığım evdən çıxarmaqla hədələyirlər. 11 ildir süpürgəçi işləyirəm. Aldığım pulla yaşadığım mənzili özəlləşdirə bilməmişəm. Məndən bunun üçün 9-10 min rüşvət istəyiblər. Özüm də Yeni Azərbaycan Partiyasının üzvüyəm. Çox səhv eləyib YAP-a üzv olmuşam. O prezident ki, mənə gün ağlamır, mənə sığınacaq vermir, onun partiyası mənə gərək deyil.
Fəridə Alıyeva, 46 yaş, süpürgəçi:
- Mən də süpürgəçiyəm. Mənzilim şəhərin mərkəzindədir deyə, mənə hər gün gəlib deyirlər ki, özəlləşdirməmisənsə evindən çıx. Səhər saat 4-də biz qarın, yağışın altında şəhərdə zibil yığışdırırıq. Aldığımız da 100 manat. Bu ölkədə ancaq vəzifəlilərin haqları var. Bütün qanunlar böyüklər, qadağalar isə kasıblar üçündür.