«Demokratiyanın qızıl sağsağanı»

Sancaasuren Zoriq (eynəkli) 1990-cı illərdəki nümayişlərdə

1981-ci il. 17 yaşlı Sancaasuren Oyun doğma Monqolustanı tərk edərək geologiya təhsili almaq üçün Praqanın Çarls Universitetinə yollanır. O, 80-ci illərdə keçmiş SSRİ və Şərqi Avropa ölkələrində təhsil almaq imkanı olan yüzlərlə monqoldan biri olub. Həmin dövrdə artıq regionda demokratik dəyişiklik havası duyulmağa başlamışdı:

YETƏRİNCƏ GÜLMƏLİ İXTİSAS


- Qardaşım Moskva Dövlət Universitetini bitirib və ixtisası yetərincə gülməlidir, aldığı ixtisas «elmi kommunizm» adlanır. Onun beyni kommunist ideyaları ilə yuyulmuşdu və nəzərdə tutulurdu ki, Monqolustana qayıdıb kommunizmi tədris edəcək. Düzdür, o qayıtdı, amma o ideya ilə ki, cəmiyyəti transformasiya etmək zamanıdır.

Eyni ideya Şərqi Avropada artıq özünə dayaq tapmışdı. Sonralar məşhur nümayişlər regionun böyük hissəsində kommunizm rejiminin dağılması ilə nəticələndi.

1921-ci ildə Sovet İttifaqının davamçısı olan Monqolustan dünyanın 2-ci kommunist ölkəsi oldu. Ancaq tezliklə demokratik inqilab baş verdi. İnqilaba rəhbərlik edənlər arasında Oyunun qardaşı, Moskva təhsilli Sancaasuren Zoriqin də vardı.

Keçid dövrü 1989-cu il dekabrın 10-da – Beynəlxalq İnsan Hüquqları Günü baş verdi. Həmin gün Zoriq və 200-ə yaxın digər fəal demokratiya tələbi ilə paytaxt Ulan Batorda yürüşə çıxdı.

«DEMOKRATİYANIN QIZIL SAĞSAĞANI»

Sancaasuren Oyun
Monqolustanın kommunist liderləri isə həmin gün baş verənləri Hökumət Evinin pəncərələrindən narahatlıqla izləyirdi. Çünki nümayişə artıq 10 minlərlə adam qoşulmuşdu.

Nümayişlərin nəticəsi olaraq 1990-cı il martın 9-da hökumət geri çəkildi. «Demokratiyanın qızıl sağsağanı» kimi tanınan Zoriq qələbəni elan etdi.

Bütün dünya qan tökülmədən baş verən bu dəyişiklikdən heyrətlənmişdi. Zoriq və digər demokratiya tərəfdarları 3 ay davam edən nümayişlər zamanı insanları dinc olmağa çağırırdı. Sovet lideri Mixail Qorbaçovun təsiri altında olan kommunistlər isə münaqişədən çəkinir və qan tökülməməsi üçün 70 illik bir partiyalı idarəçiliyə güc tətbiq etmədən, atəşsiz-filansız son qoydu.

Daha sonra Monqolustan parlamentinə demokratlar ayaq açdı. 1996-cı ildə demokrat partiyası yerlərin çoxuna sahibləndi və konstitusional və bazar islahatları əsri başladı. Məktəblərdə rusları monqollar əvəzlədi, buddist monastırları yenidən bərpa edildi, tarixçilər ləkələnmiş Çingiz Xan irsinin bərpasını sürətləndirdilər. Monqolustanın demokratik təkamülü regionun uğur hekayəsi kimi qeyd olunurdu.

Ancaq kommunizmdən qurtulan Monqolustanda sərt iqtisadi islahatların aparılmasının, sürətli özəlləşdirmənin faydası az oldu. Nəticədə on minlərlə monqol işsiz qaldı, milli valyuta dəyərdən düşdü, 1 tuqrik 10 dollardan, 800 dollara bərabər oldu. Əvvəllər əlçatan olan təhsil və səhiyyə sistemi qeyri-stabil oldu.

DİNC KEÇID KORRUPSİYA VƏ ZORAKILIQLARLA MÜŞAYİƏT OLUNDU

Üstəlik, Monqolustan adambaşına düşən xarici yardıma görə dünya 5-cisi adını da aldı. Beynəlxalq Valyuta Fondu və digər təşkilatlar Monqolustan hökumətini iqtisadiyyata müdaxilə etməməyə inandırdığından ölkə zəngin minreallarından da yararlana bilmədi, mənfəət arayan xarici firmaların sayı isə artdı.

Ulan-Batorda Demokrat Partiyası fəallarının nümayişi, 1 iyul 2008
Digər tərəfdən, Monqolustanda dinc keçid sonralar korrupsiya və zorakılıqlarla müşayiət olundu. 1998-ci ildə demokratik lider Zoriq maskalı şəxslər tərəfindən evində qətlə yetirildi. Həmin gün Zoriq Monqolustanın baş naziri elan edilmişdi.

Bu gediş Monqolustanın keçmiş Sovet ölkəsinin demokratik uğuruna kölgə saldı. Kolumbiya Universitetində çalışan monqol tarixçi, Morris Rossabi müasir Monqolustanın – Xanlıqdan Komissarlığa, daha sonra kapitalizmə keçid etdiyini deyir və hələ də demokratiyanın qurulmadığını bildirir.

Sancaasuren Oyun isə hesab edir ki, Monqolustanı dəyişmək istəyən qardaşından başlayan hərəkat bu gün də davam edir və ölkəsi regionda müsbət nümunə olaraq qalır:

- Biz Qazaxıstana baxırıq, adambaşına düşən ÜDM bizimkindən bir neçə dəfə çoxdur. Bilirik ki, Qazaxıstanda çoxpartiyalı parlament demokratiyası yoxdur. Biz müəyyən razılığı əldə etmək üçün 5 il müzakirə aparmalıyıq. Və sonra kim isə deyir «Qazaxıstana baxın, Nazarbayev qərarı bir günə verir, sabahı həmin layihəyə start verilir. Biz isə müzakirələrə 5 ilimizi sərf edirik. Biz hələ də ümid edirik və inanırıq ki, bu son nəticədə Monqolustan üçün yaxşıdır. Uzun müzakirələr aparılsa da, ən azı qərarları ictimaiyyətin əksəriyyəti, vətəndaş cəmiyyəti və siyasətçilər dəstəkləyir.