Rumınyada şübhəli bülletenlər yoxlanılacaq

Rumınyanın Konstitusiya məhkəməsi prezident seçkiləri vaxtı qanunsuz sayılan bülletenləri araşdırmaq qərarına gəlib.

Qərar mümkün qanun pozuntularıyla bağlı sosial-demokratların şikayəti əsasında qəbul olunub.

Ötən bazar Rumınyada keçirilmiş prezident seçkilərində indiki prezident Trayan Basesku sosial-demokratların lideri Mirça Cuanaya 70 min səs çoxluğu ilə qalib gəlib.

Müşahidəçilər ümumilikdə seçkinin beynəlxalq normalara uyğun olduğunu deyirlər.