Nazir İranda viza məsələsini müzakirə etməyəcək

Azərbaycan və İran arasında viza rejiminin sadələşdirilməsi məsələsi Azərbaycanın Xarici Işlər naziri Elmar Məmmədyarovun dekabrın 14-də Tehrana rəsmi səfəri zamanı keçiriləcək danışıqların gündəliyinə daxil deyil. Bu barədə nazir müavini Xələf Xələfov ə bildirib.

İran yeni ildən etibarən Azərbaycanla viza rejimini birtərəfli qaydada ləvğ edəcək.

Xələfovun sözlərinə görə, nazirin danışıqlar gündəliyinə Azərbaycan-İran münasibətləri, regional əməkdaşlığın aktual məsələləri daxildir. Azərbaycanın XİN rəhbəri Tehranda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri kimi komissiyanın fəaliyyəti ilə əlaqəli məsələləri müzakirə edəcək./Trend/