Qlobal istiləşməyə qarşı qərar qəbuluna çağıran aksiya keçirilib

Danimarka polisi deyir ki, Kopenhagenin mərkəzində 30 minlik aksiya olub. İştirakçılar qlobal istiləşmə ilə bağlı sammit keçirən dünya dövlətlərini təcili razılığa gəlməyə çağırıblar.

Toplantını 67 ölkədən 500-dən çox təşkilat keçirib.