Uzun illər hüquq-mühafizə orqanlarında işləmiş, Respublika Hərbi Prokurorluqda idarə prokuroru olmuş Fərman Əfəndiyev mahnı bəstələyib-oxumağının güdazına gedib. Bu hadisə onun başına altı il əvvəl gəlib. Bu müddətdə isə o yazmadığı yer, döymədiyi qapı qalmayıb, deyir ki, onun şikayəti dodaq qaçırsa da, köməyinə heç kim çatmayıb.
FƏRMAN ƏFƏNDİYEV NİYƏ OXUMAĞININ GÜDAZINA GEDİB?
«Mən uşaqlıqdan musiqiylə məşğulam, bəstələdiyim mahnıları da özüm oxuyuram. Amma heç vaxt yaradıcılıqla iş vaxtı məşğul olmamışam. Hətta televiziyalar dəvət edəndə də, adətən ya işdən sonra, ya da həftənin istirahət günlərinə olan çəkilişlərə dəvətləri qəbul edirdim. Sən demə, mənim oxumağım baş prokuror Zakir Qaralovun xoşuna gəlmirmiş… Mən də bunu bilmirdim. Düzdür, bir dəfə Hərbi prokurorluqda rəhbərlik məni çağırıb gülə-gülə dedi ki, efirdə mahnı oxumağım baş prokurorun xoşuna gəlmir. Mən də daha efirdə oxumadım. Prokurorluq haqqında qanunda prokurora yaradıcılıqla məşğul olmaq qadağan edilmir. Mən də qanunu pozmamışam.
«YALANÇI ŞAHİDLƏR TAPILDI»
Fərman Əfəndiyev deyir ki, 2002-ci ilin sonlarında Opera və Balet teatrında həvəskar bəstəkar kimi konsert verib. Amma ilk konsertinin sevincini doyunca yaşamamış işdən azad olunub:
«Yalançı şahidlər tapdılar, guya mən qanunazidd musiqi fəaliyyətiylə məşğul olmuşam. İşimdə heç bir nöqsan tapılmayıb, yalnız yaradıcılıqla məşğul olduğuma görə məni orqanlardan çıxardılar. Əmrimdə də yazıblar ki, ödənişli yaradıcılıq fəaliyyətiylə məşğul olduğu üçün çıxarılıb».
Qarabağ müharibəsi veteranı, 47 yaşlı Fərman Əfəndiyev deyir ki, məhkəməyə müraciət edib, hətta apellyasiya şikayəti də verib, amma o hesab eləyir ki, ədalətli qərar çıxarılmayıb.
«YARADICILIQ KOMERSİYADIRMI?»
Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Fərman Əfəndiyevin prokuror vəzifəsiylə bir araya sığmayan işlə məşğul olduğuna və digər qanunsuz əməllərə yol verdiyinə görə işdən çıxarıldığını deyir.
- «Prokuror vəzifəsiylə bir araya sığmayan əməl» dedikdə nə nəzərdə tutulur?
- Prokurorluq haqqında qanunun 30-cu maddəsində göstərilir ki, prokurorluq əməkdaşlarının kommersiya və digər ödənişli fəaliyyət məşğul olmasına yol verilmir.
- Fərman Əfəndiyev deyir ki, o, mahnı bəstələyib və mahnısını da özü oxuyub, pulla satmayıb. Yaradıcılıq kommersiya sayılır?
- O, ödənişli musiqi fəaliyyətiylə məşğul olub və gəlir əldə edib. Bu gəlirini də gizlədib».
«KEÇMİŞ PROKURORUN BƏRABƏRLİK HÜQUQU POZULUB»
Bu şikayəti şərh eləyən hüquqşünas Azər Nağıyev deyir ki, Azərbaycan qanunvericiliyində bəzi vəzifə sahiblərinə kommersiya ilə məşğul olmaq qadağan edilir. «Bu vəzifəlilər sırasına da prokurorluq əməkdaşları da aiddir. Amma burda istisna var. Qanun elmi-pedaqoji, yaradıcılıq fəaliyyətinə icazə verir. Məsələn, prokurorluğun bəzi əməkdaşları universitetdə dərs deyir, elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
- Musiqiylə məşğul olmaq yaradıcılıqdır?
- Bəli.
- Bəs bu yaradıcılığından pul qazanarsa, necə, bu kommersiya sayılır?
- Xeyr, kommersiya sayılmır. Məsələn, Respublika Prokurorluğunun bir əməkdaşının kitabı 30-40 manata satılır, onda bu da kommersiya sayılmalıdır. Amma qanun elmi-pedaqoji və yaradıcılığı istisna edir.
- Fərman Əfəndiyevin öz problemini həll etmək üçün hüquqi yolu qalıbmı?
- Belə bir variant təklif edərdim. Fərman Əfəndiyev prokurorluqda elmi-pedaqoji və yaradıcılıqla məşğul olan adamlar barəsində məlumat toplayıb məhkəməyə müraciət edə bilər. Burda onun tələbi işinə bərpa yox, bərabərlik hüququnun pozulması olacaq. O, hətta ona vurulan mənəvi ziyana görə kompensasiya da tələb edə bilər.