Gürcüstan müxalifətinin lideri Moskvaya gedir

Müxalifətdə olan Ədalətli Gürcüstan Uğrunda partiyanın lideri və keçmiş baş naziri Zurab Noğaideli yenidən Moskvaya yollanır.

Bu son 3 ay ərzində onun Moskvaya 3-cü səfəridir.

Noğaideli Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri, gürcü icmasının nümayəndələri, habelə Osetiya və Abxaziyanın tanınmış xadimləri ilə görüşəcək.

Noğaidelini bundan əvvəlki səfər zamanı Rusiya xarici işlər nazirinin müavini Qriqor Karasin qəbul edib.