Yeni ilin gəlişi münasibətilə açılan bayram süfrəsi çoxları üçün şampan şərabı və portağal qoxusu ilə assosiasiya olunur. «Turan» İnformasiya Agentliyinin iqtisadçı-eksperti Hafiz Babalı deyir ki, Azərbaycanda bayramlarda, əziz günlərdə Rusiya istehsalı olan spirtli içkilərə tələbat artır. Çünki yerli araqlar və şərabların daha aşağı keyfiyyətli olması haqda fikir formalaşıb:
«RASPUTİN», «NEMİROFF»…
- Bu gün Azərbaycanda keyfiyyəti heç də Rusiyada istehsal olunan məhsullardan aşağı olmayan spirtli içkilər istehsal olunur. Həm qablaşdırma sahəsində, həm də çeşidlərin artımında xeyli irəliləyiş görünür. Ancaq bazarda kustar üsulla istehsal olunan məhsullar da olduğu üçün vətəndaşlar yerli məhsullara etibar etmir.
ORDUBAD ƏRİYİNDƏN ARAĞI KİMLƏR İÇİR?
Hafiz Babalının sözlərinə görə, Azərbaycanda son illər hətta yalnız xarici bazar üçün də spirtli içkilər istehsal olunur. Eksport üçün nəzərdə tutulan spirtli içki müəssisələrindən biri Naxçıvandadır və burada nadir bitki və meyvə növlərindən yüksək qiymətə satılan araqlar istehsal olunur. Hafiz Babalı deyir ki, iqtisadiyyatın bir sıra sahələri kimi bu sahə də monopoliyada olduğundan bazar qaydalarını inhisarçılar müəyyən edir.
ARAĞIN MOSKVA-BAKI QƏDƏR FƏRQİNİN SİRRİ
Bakının mərkəzində yerləşən ərzaq mağazalarından birinin adının çəkilməsini istəməyən sahibi deyir ki, satışda Bakıda, Gəncədə, Şəmkirdə yerləşən şərab zavodlarının məhsullarından tutmuş Fransanın ünlü firmalarına qədər istənilən spirtli içkilər var. Təbii, hərəsi öz adına, keyfiyyətinə uyğun qiymətə. Dükanda ən ucuz araq 250 qramlıq «Xan» arağdır - 1 manat 20 qəpiyə. Ən bahalı spirtli içki isə «Hennesy Paradis» konyakıdır – 400 manat. Mağaza sahibi deyir ki, əhali bahalı araq almağa meylli deyil. Ən çox satılan isə qiyməti 150-160 manat arasında dəyişən Rusiya istehsalı olan araqlardır. Ancaq bazardakı Rusiya araqlarının heç də hamısı keyfiyyətli deyil:
- Rusiya araqları düzgün texnologiya ilə hazırlananda qiyməti çox baha olur. Daxili bazara Rusiyadan mal gətirən şirkətlər içkiləri daha aşağı keyfiyyətli məhsullardan hazırlamağı sifariş verir. Maya dəyəri aşağı düşdüyünə görə, qiymət də azalır. Elə bu səbəbdən Moskvada içilən eyni araqla Bakıda içilən araq fərqlənir. Bir problem də Bakıda satışa yeni çıxarılan, yüksək alıcı toplayan məhsulun cəmi bir neçə günə sexlərdə saxta formasının hazırlanmasıdır. Ona görə də zavodlar saxtalaşdırmanın qarşısını almaq üçün tez-tez qablaşdırmada yenilik edirlər. Ancaq bunun da xeyri yoxdur. Bazarda saxta araqlar istənilən qədərdir. Spirtli içki bazarı monopoliyadadır. Həm yüksək rüşvət tələb olunduğundan, həm də əhalinin maddi durumu bahalı içkilərin alınmasına imkan vermədiyindən ölkədə yüksək keyfiyyətli məhsul hazırlanmır.
ÜMİD ƏCNƏBİLƏRƏDİR
Satıcılarla söhbətdə isə onlar dedilər ki, Yeni ildə spirtli içki bazarında canlanma gözləmirlər. Çünki Yeni il müsəlmanların öz imamlarına matəm saxladıqları Məhərrəm ayına düşür. Buna görə də bayram həmişəki təntənədə olmayacaq. Umid yalnız Bakıda yaşayan əcnəbilərədir.
AYILTMA MƏNTƏQƏLƏRİ
Məhərrəm ayı olmasına baxmayaraq, polislər dekabrın sonundan Yeni ilin ilk günlərinədək gücləndirilmiş iş rejimində işləyəcəklər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, sərxoş olub asayişi pozanlar cəzalandırılacaqlar:
- Yeni ildə adətən spirtli içki qəbul edib şəhərdə asayişi pozmağa çalışan insanlar olur. Biz bu insanları asayişə dəvət edəcəyik. Düzdür, indi sovetlər dönəmindəki ayıltma məntəqələri olmasa da, saxlanan sərxoş şəxslər ya polis bölmələrinə, əgər səhhətlərində ciddi problem yaranıbsa, yaxınlıqda yerləşən xəstəxanalara yerləşdiriləcəklər.