Quantanamodakı şübhəlilər sərbəst buraxılmayacaq

ABŞ Prezidenti Barak Obama Quantanamo həbsxanasındakı bəzi məhbusların köçürüləcəyi İlinoys həbssxanasında təhlükəsizliyin yüksək səviyyədə təmi edilməsi üçün lazımi tədbirlərin görülməsi haqda tapşırıq verib.

Dövlət KAtibi Hillari Klinton və Müdafiə Naziri Robert Geytsin imzasıyla İlinoys qubernatoruna ünvanlanan bu sənəd onu göstərir ki, ABŞ Quantanamodakı terroda şübhəli bilinən məhbusları həbsxana bağlanandan sonra azadlığa buraxmaq fikrində deyil.