Mərkəzin digər əməkdaşı Vəfadar Eyvazov burnundan zədələr alıb. Yerli tibb müəssisələri faktiki olaraq, döyülənlərə yardım göstərməkdən imtina edir, buna görə müalicə ev şəraitində aparılır.
Nəsibovanın sözlərinə görə, məhkəmə-tibbi ekspertizası və şəhər xəstəxanasında zərərçəkmişləri rentgendən keçirməkdən imtina ediblər. Xəstəxanada həkimlər zərərçəkmişləri yalnız vizual müayinə ediblər və gözlə onların sınığı olmadığını «müəyyən ediblər».
Naxçıvan hüquq-mühafizə orqanları dünəndən onların şikayətlərini qəbul etməkdən imtina edir. Buna görə hazırda Nəsibov və Eyvazov Media Hüquqları İnstitutuna müraciət ediblər. MHİ öz növbəsində Azərbaycan DİN-ə və Baş Prokurorluğuna rəsmi müraciət göndərəcək.
Dekabrın 15-i günorta saatlarında Naxçıvan şəhərində İlqar Nəsibov və iki həmkarına basqın olub. Onları Naxçıvan Dövlət Universitetinin prorektorunun rəhbərlik etdiyi dəstə döyüb. Basqına səbəb onların tələbələr arasında universitetdə korrupsiya faktları haqqında sorğu keçirmələri olub. İlqar Nəsibov həm də AzadlıqRadiosunun müxbiridir.