Əfqanıstanda törədilmiş partlayışlarda 9 adam ölüb

Əfqanıstanın Herat əyalətindəki rayonlardan birinin polis rəisi və onun 3 cangüdəni partlayışda ölüb.

Helmand əyalətində isə intiharçının minalanmış maşını partlatması nəticəsində 2 Britaniya və 2 Əfqanıstan əsgəri ölüb.

Həmçinin ölkənin cənubunda baş vermiş başqa bir insident nəticəsində 1 Estoniya əsgəri ölüb.