Dağlıq Qarabağın azərbaycanlı icması ABŞ prezidentinə müraciət edib

Müraciəti icmanın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov imzalayıb.

Sənəddə sülh danışıqlarının getdiyi vaxtda ABŞ Konqresinin Dağlıq Qarabağın erməni icmasına yardım ayırmasından təəssüf ifadə olunub.

Konqres gələn il üçün Dağlıq Qarabağa 8 milyon dollar yardım ayırıb.