Berluskoni xəstəxanadan çıxıb

İtaliyanın baş naziri Silvio Berluskoni xəstəxanadan çıxıb.

Berluskoni bazar günü Milanda avtoqraf paylayarkən bir nəfər ona hücum edərək burnunu və 2 dişini sındırmışdı.

Həmin adamın ruhi xəstə olduğu bildirilir.