Litva deyir ki, Rusiya onun hava hüdudlarını pozub

Litvanın müdafiə nazirliyi Rusiyanı ölkənin hava hüdudlarını pozmaqda günahlandırıb.

Litva hərbçilərinin sözlərinə görə Rusiyada qeydiyyatdan keçmiş An-26 təyyarəsi dünən icazəsiz ölkənin hava hüdudlarına girib və 2 kilometrədək məsafə qət edib.

Rusiyanın xarici işlər nazirliyi məlumatı təkzib edib.