ABŞ Əfqanıstana 23 milyard dollardan çox pul xərcləyib

2002-ci ildən bu yana Birləşmiş Ştatlar Əfqanıstanda bərpa və inkişaf müqavilələrinə 23 milyard dollardan çox pul xərcləyib. Bunu ABŞ Senatının xarici ölkələrdə müqavilələr üzrə alt-komitəsinin rəhbəri Kler MakKaskil bildirib.

Senatorun sözlərinə görə, bu xərclərin 5.9 milyard dollarlıq hissəsinin fuditi aparılıb. Məlum olub ki, həmin məbləğin 1 milyard dollarının heç bir sənədi yoxdur, hara xərcləndiyi də məlum deyil.