Pekində minik maşınları 4 milyon rekorduna çatır

Pekində minik avtomobillərinin sayı 4 milyona çatmaq üzrədir.
China Daily qəzeti yazır ki, Pekində maşınların sayı günə min maşın sürətilə artır.
Maşınların belə sürətli artımı şəhər hakimiyyətinin fikrincə, “dağıdıcı hava zəhərlənməsi” problemi yaradır.
Havaya zəhərli tullantılara görə Çin dünyada birinci yeri tutur. Ancaq adambaşına düşən tullantıların miqdarına görə Qərb ölkələrindən xeyli geridədir.