«Məktəblərdə Yeni il yeyib-içmək məclislərinin keçirilməsi qadağandır»

Misir Mərdanov

«Məktəblərdə Yeni il şənlikləri ilə bağlı biletlərin satılmasını heç vaxt doğru hesab etməmişik. Hər şeyin öz yeri var. Məktəb satış yeri deyil ki... Biletlər teatrlarda, kinoteatrlarda satılmalıdır».

Bunu Təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, ötən il Bakı Təhsil İdarəsi baş vermiş bir neçə hadisəni nəzərə alaraq bütün məktəblərdə Yeni il münasibətilə yeyib-içmək mərasimlərini qadağan etmişdi. Bu qadağa bu il də qüvvəsində qalır:

«Mən şəxsən bunu alqışlayıram. Məktəbdə heç bir yersiz hərəkətə yol vermək olmaz. Dünyanın müxtəlif ölkələrində faciəli hadisələr baş verir. Biz şənlənməklə, bayramlarımızı qeyd etməklə yanaşı, bütün məsələlərə məsuliyyətlə və ehtiyatla yanaşmalıyıq». / APA /