Piyada vuran maşın hadisə yerindən qaçıb

Kürdəmir rayonunda piyadanı vuraraq öldürmüş maşın hadisə yerindən qaçıb.

Kürdəmir rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, rayon ərazisində naməlum avtomobil Ucar rayon sakini Həqiqət Məmmədovanı vurub.

Nəticədə Həqiqət Məmmədova hadisə yerindəcə ölüb.

Baş Dövlət Yol Polisi İdarəsi faktla bağlı araşdırma aparır.