Cənubi Osetiyada həbsdə olan 3 gürcü əfv olunub

Gücüstanın separatçı bölgəsi Cənubi Osetiya prezidenti Eduard Kokoyti həbsdə olan 3 Gürcüstan vətəndaşını əfv edib.

O belə bir qərarı Gürcüstan müxalifətinin liderlərindən biri Zurab Noqaideli ilə görüşdən sonra qəbul edib.

Noqaideli hazırda Cənubi Osetiyadadır.

Həmçinin Noqaideli Gürcüstanda həbsdə olan osetinlərin yeni ilədək azad olunmasına çalışacağını bildirib.