Gürcüstanda abidə partladılarkən 2 adam ölüb

Gürcüstanın Kutaisi şəhərində “ Şərəf” abidəsi partladılarkən 2 adam ölüb.

Prokurorluq səhlənkarlıq maadəsiylə cinayət işi açıb.

Memorial sovetlər dövründə Böyük Vətən Müharibəsi iştirakçılarının şərəfinə ucaldılmışdı.

Hakim dairələr abidənin dinamitlə dağıdılmasını göstəriş verib.

Məlumatlara görə abidənin yerində parlament binası tikiləcək.