İranın dini lideri Ayətullah Əli Müntəziri vəfat edib

Əli Müntəziri ötən gecə öv evində vəfat edib

İranın dini lideri 87 yaşlı Ayətullah Əli Müntəziri vəfat edib. Bu barədə yerli rəsmi mətbuat orqanları məlumat yayıblar.

Rəsmi İRNA agentliyinin məlumatına görə, Hüseyn Əli Müntəziri ötən gecə öv evində vəfat edib.

Müntəzəri İranın bu il baş tutan mübahisəli prezident seçkisinin nəticəsinə etiraz edənlərdən biri olub. O, həmçinin 1979-cu il İslam inqilabının ideoıoqlarından biri idi və müxalif fikirlərinə görə, 2002-cı ilədək 5 il ev dustağı olub. 2007-ci ildə Müntəziri dinin dövlətdən ayrı olmasının zəruriliyi ilə bağlı fikirlərinə görə yenidən təzyiqlərə məruz qalmış, bir müddət ev dustağı olmuşdu.

İslam respublikalarının böyük dini rəhbərlərindən biri olan Ayətullah Əli Müntəziri şiə müsəlmanlarının müqəddəs şəhəri olan Qumda yaşayırdı.