Qar Birləşmiş Ştatlarda ciddi əngəllər yaradıb

Birləşmiş Ştatların şimal-qərbinə güclü qar düşüb.

Son gün ərzində Vaşinqtona 40 santimetrədək qar yağıb.

Şaxtadan 5 nəfərin öldüyü, elektrik xətlərinin qırılması nəticəsində 10 minlərlə adamın işıqsız qaldığı xəbər verilir.

Həmçinin nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.

Vaşinqtonda Reyqan adına hava limanı bağlanıb.

3 Ştatda, o cümlədən Vaşinqton və Filadelfiya şəhərlərində fövqəladə vəziyyət rejimi elan edilib.