Kamboca 20 uyğuru Çinə verib

Kamboca iyul iğtişaşlarından sonra ölkədən qaçmış 20 uyğuru Çinə qaytarıb.

Onlar Kombocadan siyasi sığınacaq istəmişdilər.

Kambocanın hakim dairələri deyir ki, uyğurlar sərhəddi qanunsuz keçiblər.

BMT-nin qaçqınlar üzrə komissiyası bəyan edib ki, Kamboca uyğurları deportasiya etməklə üzərinə götürdüyü beynəlxalq öhtəliyi pozub.